Pulsuz Texniki dəstək xidmətimizdən yararlanmağa tələsin!
Kiçik və orta biznes üçün yüksək səviyyədə təşkil edilmiş Texniki dəstək xidmətimiz mövcuddur.
Pulsuz IT Texniki dəstək xidməti
Sizə geriyə zəng edək

Əlaqə vasitələrinizi yazın və 3 saat ərzində əməkdaşlarımız sizinlə əlaqə saxlayacaqlar

Bizim xidmətlərimiz
IT xidmətlər
Lineup istənilən fəaliyyət növü ilə məşğul olan kiçik və böyük şirkətlər üçün IT-outsorting xidmətlərini təklif edir.
Peşəkar xidmətlər
Təklif etdiyimiz peşəkar xidmətlərin (IT-audit, konsaltinq, risklər və layihələrin idarə olunması) nəticəsində biznesinizin effektifliyinin inkişafını hiss edəcəksiniz.
IT təhlükəsizlik xidmətləri
Lineup sizə 24/7 faydalana biləcəyiniz qüsursuz idarə olunan təhlükəsizlik xidmətlərini təklif edir.
Məlumatların bərpası xidməti
Lineup istənilən model sərt diskdən məlumatların bərpasını təklif edir.
Proqram təminatının yaradılması
Təşkilatınız haqda tam məlumat toplayıb və istək və tələblərinizi nəzərə alıb məhsuldar, müəyyən mənada gözəl və adaptiv dizayna malik və, təbii ki, təhlükəsiz proqram təminatı hazırlayırıq.
Quraşdırılma xidməti
Lineup şəbəkə avadanlığının yüksək səviyyədə quraşdırılmasını təşkil edir.
IT xidmətlər

Lineup istənilən fəaliyyət növü ilə məşğul olan kiçik və böyük şirkətlər üçün IT-outsorting xidmətlərini təklif edir. Əsas üstünlüklərimizdən biri odur ki, biz təklif etdiyimiz xidmətləri hər bir müştərinin tələblərinə uyğun adaptasiya edə bilirik. Əsas məqsədimiz – büdcəni nəzərə alaraq informasiya texnologiyalarından işinizdə tam olaraq istifadə etmək şəraitini yaratmaqdır.


Biz peşəkarıq və siz bizə tam arxayın ola bilərsiniz – şirkətinizin IT infrasrtukturunu tam olaraq üzərimizə götürüb komandanız və işlədiyiniz təchizatçılar məhsuldar ilə iş görməyə hazırıq. Beləliklə, maliyyə xərclərinizi azaltmaq və xidmət keyfiyyətini yüksəltmək istəyirsinizsə, Lineup sizin ən doğru seçiminizdir.

Peşəkar xidmətlər

Təklif etdiyimiz peşəkar xidmətlərin (IT-audit, konsaltinq, risklər və layihələrin idarə olunması) nəticəsində biznesinizin effektifliyinin inkişafını hiss edəcəksiniz. Müştərilərimizlə sıx əlaqədə olaraq, Lineup biznesiniz, eləcə də səhmdarlarınız üçün yüksək səviyyəli IT və texniki xidmətlər təklif edir. Əməkdaşlarımız IT-audit və konsaltinq üzrə mütəxəssisdirlər, məqsəd və tapşırıqlarınızı yerinə yetirməkdə sizə dəstək olaraq biznesinizi optimallaşdırmaq üçün tam hazırdırlar.

IT təhlükəsizlik xidmətləri

Lineup sizə 24/7 faydalana biləcəyiniz qüsursuz idarə olunan təhlükəsizlik xidmətlərini təklif edir. İndiki dövrdə bütün biznes əməliyyatları müəyyən dərəcədə informasiya texnologiyalarından asılıdır, bu səbəbdən məlumatların əl çatan, bütöv və təhlükəsiz olması zəruridir. Lineup istənilən təşkilat üçün idarə olunan təhlükəsizlik xidmətlərini, o cümlədən daim yenilənən şəbəkə təhlükələri ilə mübarizə üçün strategiya, alətlər və vəsait mənbəyini təşkil edir. Bizə tam güvənə bilərsiniz.

Məlumatların bərpası xidməti

Lineup istənilən model sərt diskdən məlumatların bərpasını təklif edir. Yaddaş cihazlar fərqli həcm, sürət və növdə olur, lakin ən yayılmışları hələ də istifadəçi kompüterlərində serverlərdə istifadə olunan IDE, SATA, SAS, SCSI texnologiyalı cihazlardır. Müəyyən səbəblərdən bu sərt disklərdə nasazlıq yarana və nəticədə yaddaşında olan məlumatlar əl çatmaz ola bilər. Bizim mütəxəssislər, çətinliyindən asılı olmayaraq, problemi aradan qaldırmağa və məlumatlarınızı bərpa etməyə hazırdırlar.

Proqram təminatının yaradılması

Təşkilatınız haqda tam məlumat toplayıb və istək və tələblərinizi nəzərə alıb məhsuldar, müəyyən mənada gözəl və adaptiv dizayna malik və, təbii ki, təhlükəsiz proqram təminatı hazırlayırıq. İstədiyiniz zaman komandanız hansı tapşırıqları yerinə yetirdiyini və eləcə də hansı mərhələdə olduğunu bilə bilərsiniz. Mütəxəssislərimiz proqram təminatının yaradılmasında müxtəlif texnologiyalardan istifadə edir və effektifliyi və məhsuldarlığı təmin edə biləcək individual həllər təklif edir.

Quraşdırılma xidməti

Lineup şəbəkə avadanlığının yüksək səviyyədə quraşdırılmasını təşkil edir. İstifadə etdiyimiz avadanlıqlar ən yeni yoxlama avadanlıqlarla tam olaraq yoxlanılıb, buna görə də təhvil verdiyimiz bütün avadanlıqlara zəmanət veririk. Peşəkar mühəndislərdən ibarət komandamız dəstək üçün daim qulluğunuzda olacaq ki, işiniz hətta qısa müddətlik dayanmasın.

Pulsuz IT Texniki dəstək xidməti
Pulsuz Texniki dəstək xidmətimizdən yararlanmağa tələsin!
Kiçik və orta biznes üçün yüksək səviyyədə təşkil edilmiş Texniki dəstək xidmətimiz mövcuddur.
Şirkətinizdə rastlaşdığınız IT sahəsində yaranan çətinliklərin həlli üçün sadəcə telefonunuzda olan messencerlə bizə yazmağınız kifayətdir. Mütəxəssislərimiz ən qısa zamanda sorğunuzu cavablandırıb məsələnin həllində sizə köməklik edəcəklər.
Xidmətimizdən tam olaraq təmənnasız yararlanıb, təqdim etdiyimiz xidməti sınaya bilmək üçün bizə sorğu göndərməyiniz kifayətdir.
IT Texniki dəstək xidmətinin üstünlükləri:
- İstifadəçi sorğularının daxil olduğu vahid sistem;

- İstifadəçilərlə əks əlaqənin mövcud olması (istifadəçilərlə zənglərin, dəqiqləşdirmələrin, əlaqələrin təkrarlanması istisna olunur);

- Sərf olunan müddətə və resurslara, eləcə də verilən tapşırıqlara nəzarət;

- Öz aralarında oxşar olan sorğuların daha tez həll etmə imkanını verən, öncəki sorğularla bağlı məlumat bazasının yaddaşda saxlanılması;

- Helpdesk sistemi vasitəsilə bütün qəbul olunmuş sorğuların monitorinqi (yoxlanişı) zamanı infrastrukturun "zəif yerlərini" öyrənmək imkanı;

- Rəhbərlik üçün texniki dəstəyə daxil olmuş aylıq və rüblük sorğular barəsində ətraflı hesabatın təqdim olunması.



Əlaqə vasitələrinizi yazın və 3 saat ərzində əməkdaşlarımız sizinlə əlaqə saxlayacaqlar

Virtual Data Mərkəzi
Təklif etdiyimiz Virtual Data Mərkəzi ilə serverləriniz hər hansı bir məkana bağlı olmayacaq. Serverlərinizi bizim Virtual Data Mərkəzində yerləşdirməklə sizin aylıq xərcləriniz azalacaq, daimi yüksək sürətli internet və 24/7 Dəstək xidmətimizdən yararlana biləcəksiniz.
Virtual Data Mərkəzi

Təklif etdiyimiz Virtual Data Mərkəzi ilə serverləriniz hər hansı bir məkana bağlı olmayacaq. Serverlərinizi bizim Virtual Data Mərkəzində yerləşdirməklə sizin aylıq xərcləriniz azalacaq, daimi yüksək sürətli internet və 24/7 Dəstək xidmətimizdən yararlana biləcəksiniz.

Vizyonumuz
Lineup komandası məsuliyyətli və peşəkar işçilərdən ibarətdir və təklif etdiyi bütün məhsul və xidmətlərin yüksək keyfiyyətli və qüsursuz olması əsas prinsipdir.
Missiyamız
Daim inkişaf edən Lineup IT şirkəti müxtəlif növ yüksək səviyyəli xidmətlər təklif edir və əsas missiyası ölçüsündən asılı olmayaraq təşkilatlar üçün təklif etdiyi xidmətlərin maksimal dərəcədə effektiv və məhsuldar olmasıdır.
Müştərilərimiz
Məhsullarımız
Zaman sənin işini tənzimləyən ən vacib amil olduğu üçün, sən onun hökmdarı olmalısan! Son dövrlər həyat tempi sürətləndiyinə görə, hər gün qəbul edilən informasiyaları yadda saxlamaq qeyri mümkündür. Belə hallarda Jokibag sənin ən sadiq dostun olacaq. Jokibag bütün işlərin effektiv idarə edilməsi üçün sadə və rahat proqram təminatıdır. Sadəcə, iş və tapşırıqları təqvimə daxil et, ən vacib olanlar üçün bildirişlər qoş və onları rahatlıqla idarə et. Beləliklə, işlərini səliqəyə salib daha çox vaxtını şəxsi həyatına sərf edə biləcəksən.
JOKIBAG
Müştəri rəyləri
Biz, "Qədim Qala" Nəşriyyat Evi olaraq "Line up " MMC şirkəti ilə xeyli müddətdir ki, əməkdaşlıq edirik.
Bildiririk ki, nəşriyyatımızın internet-resursları təminatçısı kimi "Line Up" MMC həqiqətən müqavilə şərtlərinə müvafiq olaraq çalışan etibarlı tərəfdaş kimi özünü təsdiq etmişdir.
Əməkdaşlığımız ərzində icrası nəzərdə tutulan işlərdə işçi heyətin peşəkar yanaşması və operativliyini müşahidə etmişik. Bu müddət ərzində Nəşriyyatımızda yaranan texniki problemlərin vaxt itirmədən aradan qaldırılması, hadisələrə operativ yanaşması tərəfimizdən yüksək qiymətləndirilir.
Hal-hazırda işlər keyfiyyətli şəkildə və təyin olunan vaxtda icra olunur. İşlərin icra olunduğu müddətdə şirkətə qarşı iradımız yoxdur.
"Qədim Qala" Nəşriyyat Evi adından "Line Up" MMC şirkətinə gələcək işlərində uğurlar arzulayırıq. Fəaliyyət göstərdiyi sahədə ən təcrübəli və potensial şirkət kimi "Line Up" MMC uzunömürlü və etibarlı tərəfdaşlıq üçün tövsiyə edirik.
Farhad Abdullaoglu
Biz, "EGE Hospital" MMC olaraq "Line up " MMC şirkəti ilə 1 ildən artıqdır ki, əməkdaşlıq edirik. Əməkdaşlıq etdiyimiz müddətdə şirkətin nümayəndələri qarşıya qoyulan vəzifələrin icrasında yaradıcı yanaşma, yüksək peşəkarlıq və operativlik nümayiş etdirmişdir. Bu dövrə qədər klinikamızda qabaqcıl texnologiyaların tətbiq edilməsində, klinikada yaranan hər hansı texniki problemin aradan qaldırılmasına operativ reaksiyanın verilməsinə görə işçi heyyətinin xidməti səviyyəsi yüksək qiymətləndirilir. "Line Up" MMC şirkətinə gələcək işlərində uğurlar arzulayırıq və digər şirkətlərə də onlarla partnyorluq əlaqələri yaratmağı tövsiyyə edirik..
EGE Hospital
Bizə məktub yaz
Lineup xidmətləri ilə maraqlandığınız və bizə müraciət etdiyiniz üçün Sizə təşəkkürümüzü bildiririk. Bütün suallarınızı cavablandırmaqdan, eləcə də hər hansı bir layihənizi qiymətləndirməkdən məmnun olarıq.
Mütəxəssislərimiz sorğunuzu icra edərək, bir iş günü ərzində sizinlə əlaqə saxlayacaqdır.
Made on
Tilda